Allahşükür Paşazadə: Tarixi ərazilərimizdə dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir
Far.Az xəbər saytı

Allahşükür Paşazadə: Tarixi ərazilərimizdə dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir


Azərbaycanın tarixi ərazilərində dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İdarədə Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bugünkü ən önəmli vəzifə Azərbaycanın qələbəsinin daimi və davamlı olması naminə birgə fəaliyyət göstərməkdir:

"Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən əsas məsələlərdən biri də tarixi ərazilərimizdə mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin bərpa olunmasıdır. Xüsusilə Qarabağa, Zəngəzura, Qərbi Azərbaycan torpaqlarına qayıdışın çox müstəsna əhəmiyyəti vardır və bu işdə biz din xadimlərinin də üzərinə müəyyən vəzifələr düşür".

QMİ sədri bildirib ki, 2022-ci ildə Qərbi Azərbaycan icmasının təsis edilməsi Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasətinin parlaq təzahürü olmaqla yanaşı, erməni kilsəsi və diasporasının hələ də davam edən revanşist çağırışlarına və qərəzli ittihamlarına verilən ən təsirli cavab oldu:

"Əziz Ələkbərlinin rəhbərlik etdiyi Qərbi Azərbaycan İcması tarixi həqiqətlərin və ədəni irsimizin bərpasının gündəmə gətirilməsində müstəsna xidmətlər göstərən təşkilatdır. Təşkilatın özəyini elm və mədəniyyətimizi təmsil edən tanınmış, nüfuzlu şəxslər, Qərbi Azərbaycanın ziyalı elitası təşkil edir. Təqdirəlayiq haldır ki, Ermənistandan deportasiya olunmuş həmyerlilərimizin təşkilatlanması və öz doğma yurdlarına qayıtması üçün dövlətimiz tərəfindən, bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi ilə, habelə Qərbi Azərbaycan İcması tərəfindən beynəlxalq müstəvidə məqsədyönlü işlər aparılır".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Allahşükür Paşazadə Roma Papası ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər