Azərbaycanda internetin sürəti ilə bağlı YENİ XƏBƏR
"Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan "Ookla"nın yanvar ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində artaraq orta hesabla 89.88 Mbit/s-ə çatıb. Bu, illik sürətin 34% artımı deməkdir. Qeyd edim ki, ötən ilin yanvar ayında bu göstərici 66.83 Mbit/s idi. Eyni dövr üzrə Bakı şəhərinin göstəricilərinə nəzər salsaq, 32% artımla 67.54 Mbit/s-dən 89.29 Mbit/s-ə yüksəldiyini görmüş oluruq".
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
O bildirib ki, Bakı ilə regionların ortalamasının eyni olması birmənalı olaraq "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən 1 il bundan qabaq yekunlaşmış "Online Azərbaycan" layihəsinin nəticəsidir. Qurulan infrastruktur 10G, 20G və 50G PON kimi texnologiyaların tətbiqini təmin edir. Başqa sözlə desək "limit is the sky" yəni limitsiz imkanlar təmin edir.
Bunlar öz yerində amma bu dinamikanın "doymuşluq həddinə" çatdığını görürük. Əgər provayderlər dəyişikliklər etməsələr artım dinamikasında dəyişiklik gözləmək yumşaq desək mənazıs olacaq. Müsahibələrimdə və görüşlərimdə bildirdiyim mövzuları buradan müxtəsər formada təqdim edirəm:
"İKTA internet provayderlərinin sürət göstəricilərini dərc etdiyi hesabatda cəmi 5 provayderin 90 Mbit/s-dən yuxarı sürət verdiyini müşahidə edirik. Köhnəlmiş infrastrukturlarını yeniləməyən provayderlər təkcə istehlakçıya yetərsiz xidmət təqdim etmir həm də ölənin beynəlxaq imicini zərbə altında qoyur. Provayderlər istehlakçılara sürət paketlərinin təqdim edilməsi yanaşmasını dəyişməlidirlər. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Yüksəksürətli internet paketləri daha əlçatan olması üçün provayderlər müvafiq paketlər üzrə tarif strukturuna yenidən baxmalı, qiymət və sürət balansını şəbəkənin davamlı inkişafını təmin edəcək şəkildə optimallaşdırmalıdırlar", - deyə E.Abbasov qeyd edib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib













