Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Dünyanın iki ən böyük ticarət bloku Donald Trampın tətbiq etdiyi tariflərə qarşı çıxmaq üçün daha yaxın əlaqələr qurmağı ehtiyatla nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Politico" danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən yazıb.
Avropa Birliyi və Hind-Sakit Okeanı bölgəsindəki 12 ölkədən ibarət blok ən böyük qlobal iqtisadi ittifaqlardan birini yaratmaq təkliflərini araşdırmaq üçün danışıqlara başlayır.
Kanada bu müzakirələrə rəhbərlik edir. Bu, Kanadının Baş naziri Mark Karninin ötən ay orta gücləri ticarət müharibəsində təzyiqə müqavimət göstərməyə çağırması, Trampın Danimarkanın Avropa müttəfiqləri Qrenlandiyanı verməsə, onların mallarına tarifləri artıracağı ilə hədəsindən sonra olub.
Karni Davosda dünya liderlərinə və biznes liderlərinə bildirib ki, Ottava Trans-Sakit Okean Tərəfdaşlığı (CPTPP ) ilə Avropa İttifaqı arasında körpü qurmaq səylərini fəal şəkildə dəstəkləyir və bu, 1,5 milyard nəfərlik yeni ticarət bloku yaradacaq.
Orta güclər artıq hərəkətə keçiblər. Aİ və CPTPP bu il Kanada, Sinqapur, Meksika, Yaponiya, Vyetnam, Malayziya və Avstraliya kimi iştirakçı ölkələrin təchizat zəncirlərini Avropa ölkələri ilə birləşdirəcək bir razılaşma üzərində danışıqlara başlayır. Bu, dünyanın müxtəlif yerlərindəki təxminən 40 ölkəni malların mənşə qaydaları ilə bağlı razılığa gəlmək üçün bir araya gətirəcək.
Qaydalar məhsulun iqtisadi milliyyətini müəyyən edir. Saziş hər iki blokdan olan istehsalçılara malları və onların komponentlərini kumulyasiya adlanan aşağı tarifli proses vasitəsilə daha sərbəst şəkildə ticarət etməyə imkan verəcək.
Cari ayın əvvəlində Karni potensial razılaşma ilə bağlı regional liderlərin fikirlərini öyrənmək üçün Avropa Birliyindəki şəxsi nümayəndəsi Con Hannafordu Sinqapura göndərib.
Kanada hökumətinin sözçüsü nəşrə bildirib: "İş mütləq irəliləyir. Bu məsələ ilə bağlı dünyanın digər tərəfdaşları ilə çox səmərəli müzakirələr aparmışıq".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













