Azərbaycanın cüdo millisinin üzvlərinə maarifləndirici seminar keçirilib
Far.Az xəbər saytı

Azərbaycanın cüdo millisinin üzvlərinə maarifləndirici seminar keçirilib


Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisinin üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

"Far.Az" xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının tədris proqramı çərçivəsində təşkil olunub və cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.

Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər