Orta Dəhliz vasitəsilə Fransadan Özbəkistana böyük həcmdə yük çatdırılıb
Kanat yolunun tikintisi üçün 80 ton xüsusi kabel Orta Dəhliz vasitəsilə Fransadan Özbəkistana çatdırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Rhenus Logistics" şirkətinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Aleksandra Oqneva sosial şəbəkə hesabında məlumat yayıb.
"Mərkəzi Asiyadakı həmkarlarımız bu yaxınlarda kanat yolunun tikintisi üçün 80 ton xüsusi kabelin çatdırılmasını təşkil ediblər - bu elə bir layihədir ki, burada çatdırılma müddəti və dəqiqliyi yük götürmə qabiliyyəti qədər əhəmiyyət kəsb edir. Yük Aralıq dənizinin Set limanından (Fransa) yola düşüb, daha sonra İstanbuldan keçərək Orta Dəhliz üzrə Ələt (Azərbaycan) və Türkmənbaşı vasitəsilə tranzit keçib, Türkmənistanın çöl bölgələrini qət edərək Daşkəndə çatıb.
Bu cür layihələr göstərir ki, Orta Dəhliz tədricən bütün region üçün etibarlı logistik dayağa çevrilir", - A. Oqneva qeyd edib.
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













