Ramin Məmmədov Səudiyyə Ərəbistanının səfiri ilə dini əməkdaşlığı müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 20-də Səudiyyə Ərəbistanının Azərbaycandankı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bildiirlib ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.
Komitə sədri Azərbaycanda həyata keçirilən dövlət-din siyasətinin əsas prioritetləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, konfessiyalararası harmoniyanın qorunması, eləcə də sağlam dini maarifləndirmə işinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır.
Səfir Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu vurğulayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, İrşad və Dəvət Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Erməni işğalı zamanı İslam abidələrinə qarşı törədilən vandalizm aktlarının dini-mədəni irsə vurulan ağır zərbə olduğu vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













