Dəhşətə gətirən ailə faciəsi: "Bütün kənd camaatı şokdadır
Far.Az xəbər saytı

Dəhşətə gətirən ailə faciəsi: "Bütün kənd camaatı şokdadır


Fevralın 16-da Rusiyada azərbaycanlı ailəsində faciə baş verib.

Əslən Ucar rayonundan olan 41 yaşlı Vasif Nağıyev və onun 38 yaşlı həyat yoldaşı Aygün Hüseynovanın cansız bədəni yaşadıqları binanın qarşısında aşkarlanıb. Hadisə yerinə dərhal Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, onların cəsədləri fevralın 19-da axşam saatlarında Azərbaycana gətirilib və Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum Vasif Nağıyevin dostu Elşad Fətəliyev Baku TV-yə bildirib ki, hadisə yaxın çevrə üçün gözlənilməz olub:

"Vasif mənim sinif yoldaşım və ən yaxın dostum idi. Hamı şokdadır, bu hadisənin necə baş verdiyini anlamırıq. Bu günə qədər heç kim onda hər hansı problem hiss etməyib".

"Moskvada qonşuluqda binanın altında mağazaları var idi. Paltar satırdılar. Üç uşaqları var, nənəsinə veriblər. Nənədən yaxın kim olar? Böyük uşağın 13 yaşı var, balaca 6-cı sinfə keçib. Üçü də qız uşaqlarıdır. İkisi məktəbli, biri hələ yox", - mərhumun qohumu İlham Bayramov qeyd edib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakı qoçusu Qafar Nağıyevin 1902-ci ilə aid mülkündən FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər