Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: "Gözləyirdik ki, işdən gələcək"
Far.Az xəbər saytı

Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: "Gözləyirdik ki, işdən gələcək"


Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub. Biri ölüb, digəri xəsarət alıb.

Hadisə nəticəsində 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub.

Mərhumun anası Şərqiyyə Piriyeva hadisə barədə Baku TV-yə danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi".

Mərhumun atası Şahlar Piriyev isə baş verənlərlə bağlı bunları deyib:

"Gözləyirdik, işdən gələcəkdi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı".

Hadisə zamanı Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır:

"Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi".

20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.

Oxşar xəbərlər

Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Dərnəgüldə yanan obyektin malları daşınır
Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər