U-17 Azərbaycan çempionatında rekord sayda komanda və boksçu mübarizə aparacaq
Fevralın 23-də yeniyetmə boksçular arasında Azərbaycan çempionatına start veriləcək.
"Report" Boks Fedrasiyasına istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsindı mükafatçılar müəyyənləşəcək.
U-17 Azərbaycan çempionatına respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu (410 oğlan, 49 qız) qatılacaq. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici 2024-cü il qeydə alınıb – 74 komandadan 408 boksçu.
Yarışın açılış mərasimi sabah, saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə martın 1-də aydınlıq gələcək.
Qeyd edək ki, Azərbaycan çempionatının supervayzeri estoniyalı Yakov Peterson, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Atarbayar Byambabayar (Monqolustan), Coşua Tobar Lomas (Ekvador), Muhsin Suilmi (Mərakeş), Jonqjin Kim (Cənubi Koreya), Davut Kanuni (Türkiyə) və Muhamed Besmi (Əlcəzair) da idarə edəcəklər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













