XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
İtaliyanın Milan və Kortina-d"Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları başa çatıb.
"Far.Az"un məlumatına görə, olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə febralın 22-si, saat 23:00-da start götürüb.
Tədbir İtaliyanın rəmzlərindən sayılan Verona Arenasında ("Verona Olympic Arena") keçirilib.
"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirib. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunub və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibinə - Fransaya ötürülüb.
Bağlanış mərasimindəki paradda Azərbaycanı bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaqlar.
Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk "24-lük"ə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.
Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina-d"Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız iki cəhdin yekunlarına əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarını 51-ci yerdə başa vurub.
Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 41 (18 qızıl, 12 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (12 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.
Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edib. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Çingiz Hüseynzadə: "Qış Olimpiadası Azərbaycan idmançısı üçün böyük təcrübə oldu"
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













