Qətldə təqsirləndirilən və məhkəmə araşdırması aparılan MƏHKUM ÖLDÜ
Far.Az xəbər saytı

Qətldə təqsirləndirilən və məhkəmə araşdırması aparılan MƏHKUM ÖLDÜ


Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Emil Hüseynov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram daxil olub.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib. 1995-ci il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər