Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət: Minlərlə manat pulla bağlı məhkəmədə iddia qaldırıldı
Far.Az xəbər saytı

Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət: Minlərlə manat pulla bağlı məhkəmədə iddia qaldırıldı


Qızıl satışı adı ilə vətəndaşlara qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda G.Mamatova təqsirləndirilən şəxs qismində dindirilib.

Qadının sözlərinə görə, ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmir.

"Zərərçəkmiş Rəvan Babayevi "Moskva" univermağından tanıyıram. Çünki xeyli müddət orada çalışmışam. Qızıl işi ilə məşğul olurdum. Azərbaycandan qızılları alıb Özbəkistana - Daşkəndə yollayıb satırdım. Rəvandan müxtəlif vaxtlarda iki kiloqramdan artıq mal almışam.

İttiham aktında göstərilib ki, 436 min manatdan artıq pul tərəfimdən mənimsənilib. Etiraz edirəm. Ona ümumiyyətlə borcum yoxdur. Mən Rəvan adlı zərərçəkmişə məxsus qızılların hamısını satıb bütün pullarını özünə vermişəm.

Digər zərərçəkən Sultanə Rzayevadan isə 62 900 manat mənimsədiyim yazılıb. Onu da "Moskva" univermağından tanıyıram. Ondan 120 min manatlıq qızıl götürdüm. Ancaq mənim ona cəmi 40 min manat borcum var.

Ceyhun adlı şəxsi isə "Laçın" ticarət mərkəzindən tanımışam. Onun 200 üzüyünü satmışam. 21 250 manat mənimsədiyim bildirilir, halbuki ona heç bir borcum yoxdur".

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər