Çempionlar Liqası: "Nyukasl" - "Qarabağ" matçında növbəti qollar vuruldu
"Qarabağ" "Nyukasl"la qarşılaşmada top fərqini yenidən minimuma endirib.
Far.Az-in məlumatına görə, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.
***01:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında növbəti qollar vurulub.
Far.Az-in məlumatına görə, əvvəlcə "Qarabağ"ın heyətində 51-ci dəqiqədə Kamilo Duran fərqələnib.
Ardınca Botman 52-ci dəqiqədə qol vurub və hesabı 3-1 edib.
***01:04
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
***00:48
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.
Far.Az-in məlumatına görə, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.
***00:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qollar vurulub.
Far.Az-in məlumatına görə, "Sent-Ceyms Park" stadionunda keçirilən matçın 5-ci dəqiqəsində Sandro Tonali adını tabloya yazdırıb.
Ardınca isə 6-cı dəqiqədə Joelinton fərqlənib.
***00:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) "Qarabağ" və "Nyukasl" komandaları arasında cavab matç başlayıb.
Far.Az-in məlumatına görə, matç "St James' Park" stadionunda keçirilir.
Qarşılaşmanı italiyan Davide Massa darə edir. Ona yan xətt hakimləri qismindəFilippo Meli və Stefano Alassio köməklik göstərir. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirir.
VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dinqert yer alır.
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













