Bakıdakı kilsə və sinaqoqlarda Xocalı soyqırımı anılıb
Far.Az xəbər saytı

Bakıdakı kilsə və sinaqoqlarda Xocalı soyqırımı anılıb


Bakıdakı müxtəlif kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə "Far.Az"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, anım mərasimləri çərçivəsində Dağ Yəhudiləri Sinaqoqu, Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsi, o cümlədən "Yeddinci Günün Adventistləri", "Molokan ruhani xristian" və Bakı Krişna Şüuru dini icmalarında dini ayinlər icra edilib.

Dini icma rəhbərləri və nümayəndələri Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı tötədilmiş cinayət olduğunu vurğulayıblar.

Vurğulanıb ki, bu faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların milli məsələlərdə həmrəylik nümayiş etdirməsi cəmiyyətdəki birliyin, qarşılıqlı hörmət və etimad mühitinin təzahürüdür.

Oxşar xəbərlər

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər