Rubio İranı əcnəbiləri haqsız yerə saxlayan ölkələr kateqoriyasına əlavə edib
Far.Az xəbər saytı

Rubio İranı əcnəbiləri haqsız yerə saxlayan ölkələr kateqoriyasına əlavə edib


ABŞ administrasiyası İranı xarici vətəndaşları səhvən və sistematik şəkildə saxlayan dövlətlər kateqoriyasına əlavə etmək qərarına gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Müşaviri Marko Rubio bildirib və bütün ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

ABŞ Dövlət Departamenti rəhbərinin yazılı açıqlamasında deyildiyi kimi, İran on illərdir ki, günahsız amerikalıları və ayrı vətəndaşları digər ölkələrə təsir göstərmək üçün amansızcasına həbs edir.

"Əgər İran bu fəaliyyətləri dayandırmasa, biz əlavə tədbirləri, o cümlədən İrana səyahət, İrandan səyahət və ya İran üzərindən tranzit üçün ABŞ pasportlarının istifadəsinə potensial coğrafi məhdudiyyətləri nəzərdən keçirməli olacağıq".

Onun fikrincə, amerikalılar heç bir səbəbdən İrana səyahət etməməlidir. Dövlət katibi vurğulayıb ki, hazırda İranda olan bütün amerikalıları dərhal tərk etməyə çağırırıq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər