Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Far.Az xəbər saytı

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib


Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib.

"Far.Az"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi turnirin bağlanış mərasimi Şuşa otelində baş tutub.

Əvvəlcə Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib.

Sonra çıxış üçün ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Bağlanış mərasiminə gələn qonaqları salamlayan nazir turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.

O, bu cür yarışların Azərbaycan şahmatına böyük töhfə verdiyini söyləyib. F.Qayıbov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə sözügedən idman növünə diqqət və qayğının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək Şuşa otelinə gələn hər kəsi görməkdən məmnun olduğunu bildirib. Qurum rəhbəri Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib. O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Sayca 10-cu dəfə baş tutan Vüqar Həşimov Memorialının maraqlı anlarını əks etdirən video göstərilib.

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılova Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Sonda turnirdə ilk üç yeri tutan, həmçinin digər 5 şahmatçı mükafatlarla təltif edilib.

Qeyd edək ki, xatirə turnirinin yekun nəticələrinə əsasən Yan Nepomnyaşi 19,
Nodirbek Abdusattorov 18, Şəhriyar Məmmədyarov 16, Vladislav Artemyev 14,5, Aysın Süleymanov 13,5, Aravind Çitambaram 13, Rauf Məmmədov və Riçard Rapport isə 9 xal qazanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Fərid Qayıbov: "Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar"
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər