Monteneqro vətəndaşlarına Yaxın şərqə səfərlərdən çəkinməyə çağırıb
Far.Az xəbər saytı

Monteneqro vətəndaşlarına Yaxın şərqə səfərlərdən çəkinməyə çağırıb


Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Monteneqronun Xarici İşlər Nazirliyi vətəndaşlarını növbəti bildirişədək İran, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreynə səfərlərdən çəkinməyə çağırıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, nazirliyin bəyanatında Yaxın Şərqdəki vəziyyətin davamlı şəkildə izləndiyi və Monteneqro vətəndaşlarının vaxtında məlumatlandırılması və maraqlarının qorunması məqsədilə müvafiq beynəlxalq və yerli tərəfdaşlarla, eləcə də aidiyyəti diplomatik-konsulluq nümayəndəlikləri ilə daim əlaqə saxlanıldığı vurğulanıb.

"Hazırda qeyd olunan ölkələrdə olan Monteneqro vətəndaşlarına sakitliyi qorumaq, məsuliyyətli davranmaq, öz təhlükəsizliklərini prioritet hesab etmək, yerli hakimiyyət orqanlarının təlimat və tövsiyələrinə ciddi şəkildə əməl etmək, həmçinin Monteneqronun Xarici İşlər Nazirliyinin rəsmi açıqlamalarını mütəmadi izləmək tövsiyə olunur.

Həmçinin Yaxın Şərq regionunun bəzi hissələrində hava nəqliyyatında müvəqqəti dayanmalar və məhdudiyyətlər nəzərə alınaraq sərnişinlər, uçuş cədvəllərində dəyişikliklər və səfərin davam etdirilməsi üçün alternativ həllər barədə vaxtında məlumat almaq məqsədilə aviaşirkətlərlə əlaqədə qalsınlar. Monteneqro vətəndaşlarına mümkün olan ən yüksək ehtiyatlılıq nümayiş etdirməyə, eləcə də kütləvi toplaşmalardan və etiraz aksiyalarından uzaq durmağa çağırırıq",-deyə əlavə edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Kamran Əliyev Bəhreynə işgüzar səfər edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər