Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Far.Az xəbər saytı

Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub


ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Far.Az"un əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər