Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar
"Qazax İdman Paytaxtı – 2026" layihəsi çərçivəsində media nümayəndələrinin Qazax rayonuna media turu təşkil olunub.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutan proqram çərçivəsində jurnalistlər əvvəlcə Qazax Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nümayəndələr ADA Universitetinin Qazax Mərkəzi ilə tanış olub, burada yaradılan şərait və tədris imkanları barədə məlumat alıblar.
Media turun iştirakçıları həmçinin Qazax Cümə Məscidini ziyarət edib, rayonun dini-mənəvi irsi ilə yaxından tanış olublar.
Proqram çərçivəsində Fəxri Qazaxlılar Parkına (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib, iştirakçılara rayonun zəngin ədəbi və tarixi irsi haqqında ətraflı məlumat verilib.
Jurnalistlər Qazax Olimpiya İdman Kompleksində yaradılan idman infrastrukturu ilə də tanış olublar. Bildirilib ki, Qazaxın "İdman Paytaxtı – 2026" elan olunması çərçivəsində rayonda idmanın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.
Tur iştirakçıları "Qarabağ Azərbaycandır!" Abidə Kompleksini və Heydər Əliyev adına parkı da ziyarət ediblər. Daha sonra Heydər Əliyevin adını daşıyan Mərkəzdə təşkil olunan görüşdə rayon rəhbərliyi tərəfindən həyata keçirilən layihələr və perspektiv planlar barədə məlumat verilib.
Media turunda nümayəndələr Yuxarı Salahlı kəndində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin abidəsini və Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər.
Qeyd edək ki, sabah Qazaxda İdman Paradı keçiriləcək və "Qazax İdman Paytaxtı – 2026"nın rəsmi açılışı baş tutacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













