Dövlət Komitəsi Qars şəhərində iftar mərasimi təşkil edib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Qars şəhərində iftar mərasimi təşkil edilib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, iftar mərasimində çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Qars bələdiyyəsinin sədri Ötüken Senge və Qars valisi Ziya Polat Ramazan ayının İslam aləmi üçün önəmi, həmçinin verilən iftar süfrəsinin həmrəyliyi, dostluq və əməkdaşlığı təşviq etdiyini vurğulayıblar. Qeyd edilib ki, bu cür tədbirlər Azərbaycanla Türkiyənin birliyini daha da möhkəmləndirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan-Türkiyə birliyindən bəhs edib. Onun sözlərinə görə, iki ölkəni yalnız ortaq etnik və mədəni dəyərlər deyil, həm də ümumi iqtisadi və geosiyasi maraqlar birləşdirir. O, iki qardaş ölkənin qlobal miqyasda söz sahibi olduğunu deyib:
"Qarsın sərt iqlimi və qarlı hava şəraiti bəzi çətinliklər yaratsa da, biz yenə gələcəyik və bu kimi tədbirləri keçirməyə davam edəcəyik".
Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dini etiqad azadlığının təmin edilməsi, eləcə də dini təhsil sahəsində həyata keçirilən əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması perspektivdə dayanan vacib məsələlərdəndir. Çıxışların ardınca Ramazan duaları səsləndirilib.
Oxşar xəbərlər
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır













