Dünya çempionatının gümüş mükafatçısı: Üç ildir ki, bu nəticə üçün çalışırıq
Far.Az xəbər saytı

Dünya çempionatının gümüş mükafatçısı: Üç ildir ki, bu nəticə üçün çalışırıq


Sevinirəm ki, üç ilə yaxındır uğrunda çalışdığımız tarixi nəticəyə nail ola bildik.

Bunu “Far.Az”a açıqlamasında İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında yarışlarda Mədinə Mustafayeva ilə tandemdə Azərbaycan tarixində ilk gümüş medal qazanan azərbaycanlı gimnast Vladimir Dolmatov deyib.

İdmançı qeyd edib ki, bu nəticəyə qədər çoxlu cəhdlər, “kiçik uğurlar və uğursuzluqlar” olub.

“Finalda dünya, Avropa çempionları, Dünya Oyunlarının birinciləri var idi və yalnız biz yeni gələnlər idik. Həyəcanverici idi, lakin biz güclülərə uduzmadıq”, – V. Dolmatov vurğulayıb.

Gimnast əlavə edib ki, gələn həftə Dünya Oyunlarına hazırlıq məqsədilə məşqlərə başlanılacaq.

Xatırladaq ki, Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar. Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü fəxri kürsünün ikinci pilləsinə qalxıb.

İdmançılar oktyabrın 1-də vətənə qayıdıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mədinə Mustafayeva: Bu medal bizim üçün qızıldan da dəyərlidir
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər