"Qarabağ"ın yeni transfer hədəfi bəlli oldu
Far.Az xəbər saytı

"Qarabağ"ın yeni transfer hədəfi bəlli oldu


"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

BAKU.WS Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın "Levski" klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.

"Köhlən atlar" 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mali millisinin üzvü Azərbaycan azarkeşlərinə də müəyyən qədər tanışdır. O, ötən ilin avqustunda UEFA Konfrans Liqasında "Sabah"a qarşı keçirilən oyunda meydanda olub.

Qeyd edək ki, Mustafa Sanqarenin ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər