Ağdaşda üzərinə qaynar su tökülən 78 yaşlı şəxs ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Ağdaşda üzərinə qaynar su tökülən 78 yaşlı şəxs ölüb - YENİLƏNİB


Martın 9-u saat 00:40 radələrində 1 nəfər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

Ağdaşda üzərinə qaynar su tökülən şəxs ölüb.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında olarkən su qızdırıcı partlayıb və qaynar su onun üzərinə dağılıb.

Xəstəxanaya çatdırılan şəxs tibbi müdaxilələrə baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Göyçayda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan üçünün vəziyyəti ağırdır - YENİLƏNİB-3
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər