Azərbaycanın daha iki güləşçisi Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB


Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın Zrenyan şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

"Far.Az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) yarışın həlledici mərhələsinə vəsiqə qazanıblar.

Tsokayev yarımfinalda rusiyalı Mustafaqadji Malaçdibirovu, Dursunov isə Belarusdan olan Stsiapan Mandriki üstələyib.

Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Far.Az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) finala yüksəlib.

Yarımfinalda Başir Alili (Şimali Makedoniya) ilə qarşılaşan təmsilçimiz həlledici raunda adlayıb. Onun rəqibi zədələndiyi üçün qarşılaşmanı davam etdirə bilməyib.

Qeyd edək ki, ötən gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib
U-23 Avropa çempionatı: Vasif Bağırov və Səbuhi Əmiraslanov finala yüksəlib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
U-23 Avropa çempionatının ikinci günündə Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər