EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib
Far.Az xəbər saytı

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib


ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EİA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 540 min barel olub.

Bu ilin birinci rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Bu, fevralda verilən proqnozla müqayisədə eynidir.

Bu ilin ikinci rübündə sutkada neft hasilatı 540 min barel olacaq ki, ötən ay verilən proqnoz da eyni olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 530 min barel olacağı gözlənilir ki, fevralda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərində neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

Oxşar xəbərlər

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər