Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
Far.Az xəbər saytı

Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib.

"Report" TASS-a istinadən xəbər verir ki, qəbuldan əvvəl Rusiya xarici işlər naziri azərbaycanlı diplomata Aleksandr Nevski ordenini təqdim edib.

Mərasimdə bir sıra ölkələrin səfirləri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, MDB-nin baş katibi Sergey Lebedev və digər yüksək vəzifəli məmurlar iştirak ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib.

Oxşar xəbərlər

Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər