Plastik cərrah Bred Pittin cavan görünüşünün səbəbini açıqladı
Amerikalı plastik cərrah Terri C. Dabrou 62 yaşlı Hollivud aktyoru Bred Pittin cazibədar görünüşünün mümkün səbəblərindən danışıb.
Far.Az xəbər verir ki, mütəxəssis bu barədə "Misspelling" podkastında açıqlama verib. Onun sözlərinə görə, "Döyüş klubu" filmindəki rolu ilə məşhurlaşan aktyorun xarici görünüşündə qadın gözəlliyinə xas cizgilər mühüm rol oynayır.
Cərrah hesab edir ki, Pittin ehtimal olunan üz gərmə əməliyyatı məhz bu xüsusiyyətə görə daha təbii görünür.
Terri C. Dabrou bildirib ki, bəzi kişilərin siması daha yumşaq və zərif cizgilərə malik olur və belə hallarda plastik əməliyyatlar həmin xüsusiyyətləri vurğuladıqda nəticə daha estetik görünə bilər. Onun fikrincə, əgər kişinin görünüşü bu tip cizgilərə əsaslanmırsa və buna baxmayaraq eyni tip əməliyyatlar edilirsə, nəticə qeyri-təbii təsir bağışlaya bilər.
Xatırladaq ki, ötən ilin iyul ayında Nyu-Yorkdan olan plastik cərrahlar Barri Vayntraub, Qeri Linkov və Adam Şayner də Bred Pittin mümkün estetik prosedurları ilə bağlı fikirlərini bölüşmüşdülər. Onların ehtimalına görə, aktyor yanaq və çənə nahiyəsində lipofillinq etdirə və ya dolğu (filler) prosedurlarından istifadə etmiş ola bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













