XİN: ABŞ qərəzsizlik nümayiş etdirmək istəyirsə, Ermənistanın cinayətlərinin araşdırılmasını tələb etməlidir
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur.
“Far.Az” xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına dair şərhində yer alıb.
"Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.
Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.
Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil", - A.Hacızadə qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real"ın kapitanı ciddi zədə alıb
-
Tramp: Bütün dünya ABŞ-a gülür
-
Azərbaycan millisi Avstraliya ilə qarşılaşacaq
-
Sabah 28 dərəcə isti olacaq
-
COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər - TƏHLİL
-
Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var