Tailandda məktəb avtobusunun yanması nəticəsində 23 nəfər ölüb
Far.Az xəbər saytı

Tailandda məktəb avtobusunun yanması nəticəsində 23 nəfər ölüb


Tailandda paytaxt Banqkokun kənarında məktəb avtobusu yanıb, azı 23 nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

“Paytaxt Banqkokun kənarında ekskursiyaya gedən, 40-dan çox şagird və müəllimi daşıyan məktəb avtobusunun yanması nəticəsində azı 23 nəfər ölüb”, - məhkəmə ekspertizası üzrə komissar Trayronq Pivpan söyləyib.

Ölkənin nəqliyyat naziri Surya Cuanqrunqruanqkit isə bildirib ki, 16 şagird və 3 müəllim yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

“Müəllimlər yanğının çox qısa zamanda baş verdiyini bildirdilər. Hadisə şahidlərinin sözlərindən belə nəticəyə gəldik ki, partlayış təkərdən çıxan qığılcım və onun avtomobili qidalandıran qaz balonunu alışdırması nəticəsində baş verib”, - polisdən bildirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub
İxtisaslarını yaxşı bilən müəllimlərin başağrısına çevrilən kurikulum: Problem nədədir?
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər