Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Balakən rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı təşkil olunub.
AzVİF-dən "Far.Az"a verilən məlumata görə, açılış mərasimində iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Azər Kərimli və digər rəsmilər çıxış edərək, rayonda ilk dəfə belə bir velosiped yarışının keçirilməsindən məmnunluqlarını bildiriblər və bu tədbirin Balakən rayonunda velosiped idmanına marağın xeyli artıracağına inandıqlarını söyləyiblər.
Vurğulanıb ki, Balakən və Zaqatala rayonlarında velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kifayət qədər geniş yayılıb və indi əsas məqsəd velosipedin idman növü kimi təşviqinə yönəldilməsidir.
Yarışda Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli 3 müxtəlif yaş qrupunda mübarizə aparıb. Reqlamentə əsasən, iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar.
Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən iştirakçılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər.
Final mərhələsinin yekununa əsasən, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Balakən məktəbliləri ilk 3 pilləyə yüksəliblər – Famil Həsənov 1-ci, İrakli Rəhimov 2-ci, Rəsul Əlisoltanov isə 3-cü olub.
Qızlar arasında mübarizə Zaqatala rayonu məktəblilərinin üstünlüyü ilə yekunlaşıb – Fatma Mehdiyeva bütün rəqiblərini qabaqlamaqla 1-ci nəticə göstərib. Həbsət Buğliyeva 2-ci, Hürü Məmmədova isə 3-cü yeri tutub.
2011-2014-cü il təvəllüdlü oğlanlar arasında da Balakən məktəbliləri fərqləniblər – Qurban Mollaçıyev final yürüşündə hamıdan güclü olub. Cahid Ramazanlı finişi 2-ci, İbrahim Hacıyev isə 3-cü keçib.
Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













