Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tibbi laboratoriyaların keyfiyyət və səriştəliliyinə dair yeni AZS ISO 15189:2024 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəliliyə dair tələblər” dövlət standartını qəbul edib.
"APA-Economics" AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tibbi laboratoriyaların keyfiyyətinə və səriştəliliyinə inam yaratmaqla pasiyentlərin rifahını və laboratoriya istifadəçilərinin məmnunluğunu təmin etməkdir. Sözügedən standart laboratoriya istifadəçiləri, eləcə də nəzarət və akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqi və ya tanınması üçün də tətbiq ediləcək.
Yardım məntəqələrindəki müayinələrə də şamil edilməsi nəzərdə tutulan yeni standart aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırılaraq “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunub və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb - FOTO
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













