Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
Far.Az xəbər saytı

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb


Rusiya ordusunun gecə satlarında Ukraynaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında bildirib.

"Hazırda Kiyev, Sumı, Xarkov, Dnepr və Nikolayev vilayətlərində kütləvi hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Əsas hədəf Kiyev vilayətinin enerji infrastrukturu olub, lakin əfsuslar olsun ki, birbaşa zərbələr nəticəsində adi yaşayış binaları, məktəblər və mülki müəssisələr də zədələnib. Hazırda dörd nəfərin həlak olduğu bildirilir. Çoxlu sayda insan yaralanıb və onların bəziləri hələ də tibbi yardım üçün müraciət edir", - o qeyd edib.

Zelenski bildirib ki, ötən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 430-a yaxın müxtəlif tipli pilotsuz uçuş aparatı (PUA) və xeyli sayda raket, o cümlədən 13 ballistik raket atıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Rusiyanın PUA hücumundan sonra Kiyev
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər