ONLAYN: 21

Qonaq: 948 Cəmi: 972
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 46
Cəmi: 5485
Xaliq
Xəbər 24
Cəmi: 358
amon
Xəbər 20
Cəmi: 847
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
Dear
Xəbər 5
Cəmi: 73
_AzƏrİ_QıZı_
Xəbər 3
Cəmi: 29
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334
Ramal
Xəbər 2
Cəmi: 3

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » sessiz musiqim

Mesaj: Geniş və maraqlı şərhlərə görə təşəkkür edirəm. Davamlı olsun #

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,7 Min
6) Sensiz darixiram » 394,3 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,8 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 149,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,1 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 79,9 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Dear
Şərh: 75
Cəmi: 1278
sessiz musiqim
Şərh: 63
Cəmi: 1524
Elnare
Şərh: 57
Cəmi: 1817
Sensiz darixiram
Şərh: 29
Cəmi: 4038
_AzƏrİ_QıZı_
Şərh: 27
Cəmi: 229
Kənan Heydərov
Şərh: 22
Cəmi: 7818
Xaliq
Şərh: 14
Cəmi: 273
MaraL
Şərh: 9
Cəmi: 9
amon
Şərh: 7
Cəmi: 803
GozeLoV
Şərh: 7
Cəmi: 46

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 140
Cəmi: 140
Xaliq
Bugün 80
Cəmi: 80
Dear
Bugün 79
Cəmi: 79
sessiz musiqim
Bugün 67
Cəmi: 67
Elnare
Bugün 59
Cəmi: 59
GozeLoV
Bugün 51
Cəmi: 51
_AzƏrİ_QıZı_
Bugün 49
Cəmi: 49
Sensiz darixiram
Bugün 41
Cəmi: 41
Avara_Şair
Bugün 37
Cəmi: 37
amon
Bugün 27
Cəmi: 27

Reklam

Bir dəfə klik edin
Qurbankəsmə və ona dair qaydalar
İslam Dini Yüklə
Qurbankəsmə və ona dair qaydalar

Hər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur.

Bunlardan biri də Onun üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Ona yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir.

Şəriətdə isə qurban İslamın icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurub: “Ey Kə`b, oruc qalxandır, namaz isə yaxınlaşmadır (əs-salatu qurban)” (Buxari). Amma ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarə edilmişdir:

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan (yaxşı əməl) edənlərə müjdə ver!” (əl-Həcc, 37).

Allahın heç bir şeyə ehtiyacı olmadığı kimi, bu heyvanların ətinə də ehtiyacı yoxdur. Həmçinin, son nəticədə axıdılan qana möhtac olan da Rəbb deyil, quldur. Çünki bu qanın axıdılması ilə qurban kəsənlərin günahı bağışlanır ki, bu da insanın ən çox möhtac olduğu bir şeydir. Rəsulullah (s) belə buyurmuşdur: “Qalx, qurbanının yanında hazır dur! Çünki onun axıdılacaq ilk damla qanı ilə birlikdə bütün günahların bağışlanacaqdır” (Hakim, Bəzzar).

Qurbankəsmə zamanı Allaha çatan insanların təqvasıdır. Təqva isə insanların Allahın əmr etdiyi şeyləri yerinə yetirməklə və qadağan etdiyi şeylərdən çəkinməklə Allaha qarşı çıxmaqdan özünü qoruma halıdır.

“Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə, 27).

Bu işin başı və əsası isə bu ibadətin yalnız Allah üçün edilməsidir, yəni, kəsilən qurbanların yalnız Allah naminə olmasıdır:

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur.Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163).

Allah üçün heyvan kəsmə işi əslində bizdən əvvəlki müsəlmanlarda da bir ibadət idi. Məsələn, ilk insanlar – hz. Adəm və onun oğlanlarına da qurban kəsmə əmri gəlmişdir:

“Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə, 27).

Bu ayə Allahın ibadətdə layiq tək məbud olmasını (Allahın ilahlığı) məsələsini bildirmək məqsədi ilə Onun üçün qurban kəsməyin ilk insanlıqla başlamasını bildirir.Lakin sonralar insanlar haqq olan tövhid (Allahın ibadətdə təkliyi) dinindən uzaqlaşdıqca həyat tərzlərində insanlıqdan (İslamdan) sapmalar oldu. Bu sapmalar, həmçinin, qurbanda da özünü iki yöndən göstərdi: birincisi Allahdan qeyrisinə və ya Allahla bərabər başqasına (həm Allaha, həm də başqasına) qurban kəsmək idi. İkincisi isə insanların qurban edilməsi idi. Məsələn, insanları bütlərə və ya fironlara, hətta həya etmədən Allaha qurban edirdilər. Allah təala bu vəhşiliyi İbrahim peyğəmbərə göndərdiyi vəhylə ortadan qaldırdı:

“O (hz. İsmayıl), yüyürüb qaçmaq çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, *Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq” (əs-Səff, 102-108).

Günümüzdə qurban kəsmə mərasimi həcc günlərinə təsadüf edən bayram günləri keçirilir. Həcc ibadəti hər nə qədər Hz. Adəmin dövrünə gedib çıxsa da onun canlandırılaraq, əsas qayda-qanunlarının formalaşdırılması Hz. İbrahimin adı ilə bağlıdır. Quran isə bunu kamillik zirvəsinə çatdırmışdır. Bir sözlə, Allaha yaxınlıq üçün olan qurban kəsmə mərasimi Hz. İbrahim və onun mübarək oğlu Hz. İsmayılın yaşadıqları bu böyük hadisənin xatirəsini yaşatmaqdır. İnsanlara İslamı göndərməklə onları sevindirən Allaha sonsuz həmdü-sənalar, şükürlər olsun!

Qurbanlar və onlara dair hökmlər

Qurbanlar bir neçə növ olur:

Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan dolayı cərimə olaraq kəsilən qurban növüdür.a) Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir.b) Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin fərz olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir. Nəzir (ədəq) qurbanı: bu, bir işdən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvanı və neçə dənə üşün tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər. Udhiyyə qurbanı: bu, qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar” (Əhməd, İbn Macə).
Qurbanı kimlər kəsməlidir? azad, səfərdə olmayan varlı müsəlmanlar qurban kəsə bilərlər. Varlı olanlar evə sahib və əsas tələbatlarını ödəyə bilən, zəruri ehtiyaclar üçün lazım olan hər şeyə və ya bunların qiyməti qədər pula sahib kəslərdir. Qoyun və keçini 1 nəfər, dəvə və inəyi isə 7 nəfər şərikli kəsə bilər. Qurban sahibi, onun ailəsi qohumları bu ətdən yeyə bilərlər, ancaq bir şərtlə ki, ətin bir hissəsi möhtaclara, imkansızlara paylanılsın. Qurban kəsmək istəyənlər Zülhiccənin 1-dən etibarən qurban kəsənə qədər saç və dırnaqlarını kəsməməlidirlər. “Zülhiccənin hilalını (başlanğıcını bildirən ay görüntüsü) gördükdə sizlərdən hər kim qurban kəsmək istəsə, saç və dırnaqlarını kəsməsin” (Müslim).

Qurbanlıq heyvanlar: heyvanlar dişi və ya erkək ola bilər. Dəvə ən az 5 illik və yuxarı, inək cinsindən olanlar ən azı 2 illik və yuxarı, qoyun və keçi 1 illik və ya bir illik kimi görünən 7-8 aylıq heyvanlar olmalıdır. Dəvə və inəyi 7 nəfər şərikli kəsə bildiyi halda, qoyun və keçini yalnız bir nəfər kəsməlidir.

Heyvanların keyfiyyəti: kəsiləcək heyvanlar nöqsansız olmalı, 1 və ya 2 gözü kor, axsaq, qulağının yarısından çoxu kəsik, həddindən artıq cansız, xəstə və sair nöqsanları olmamalıdır. Oğurluq, əmanət götürülən heyvanlardan da qurban olmaz. Burulmuş (xədim edilmiş) heyvanı qurban kəsmək olar.

Qurban ətinin bölüşdürülməsi: kəsilmiş heyvanların ətinin bir hissəsi ehtiyacı olanlara paylanılmalıdır. Kəsən və onun ailəsi, qohum və tanışlar qurban ətindən yeyə bilərlər. Kəsilən heyvanın ətini, dərisini və s. hissələrini satmaq, başqa bir şey ilə dəyişdirmək, qəssaba zəhmət haqqı kimi vermək olmaz. Ancaq qəssaba bunlardan hədiyyə etmək mümkündür.

Qurbanın kəsilmə vaxtı: qurban kəsmə vaxtı Qurban bayramının birinci günü bayram namazının sonundan etibarən bayramın dördüncü günü əsr vaxtına, yəni, Zülhiccənin 10-cu günündən 13-cü gününə qədər davam edir.
Qurbanın kəsilməsi qaydası: “Bismilləh, Allahu əkbər” deməklə əvvəlcə nəfəs, sonra yemək borusu, daha sonar isə onların arasındakı iki damar kəsilir. Qurbanlıq heyvanı gözəl şəkildə kəsmək, əziyyət verməmək üçün bıçağı ona göstərməmək, rahat kəsilməsi üçün bıçağı yaxşıca itiləmək lazımdır.

Dostlarınızla paylaşın

Şərhlər: 10
  1. _official_
    ALLAH RAZI OLSUN
    -=* Medalları *=-

    -=* İmza *=-

    Arkadaşlıklar aşka dönüşür, ama dostluklar asla ihanete dönüşmemeli.
  2. _official_
    cooooox sagolun
    -=* Medalları *=-

    -=* İmza *=-

    Arkadaşlıklar aşka dönüşür, ama dostluklar asla ihanete dönüşmemeli.
  3. Kukulka
    cox saglolunn
    -=* Medalları *=-

    -=* İmza *=-

  4. L e o n
    Allah her kesin qurbanini qebul etsin.Amin..
    -=* Medalları *=-

    -=* İmza *=-



  5. _pandam_
    Allah her kesin qurbanını qebul elesin) Amin)
    -=* Medalları *=-

    -=* İmza *=-

  6. Dear
    Allah bütün kəsilən qurbanların tutulan duaların Hamısını qəbul eləsin
    -=* Medalları *=-

    -=* İmza *=-

    Ən böyük səhvim - Üzümə gülən hər kəsi,
    özüm kimi bilməyimdi
    .
  7. Esmeralda
    En cox Turkler riayet edir Qurbanin butun emellerine.Bizimkiler on nefere bir qoyun kesir,adini da qoyurki Qurban kesdik.
    Deyerli melumatlara gore sagolasan)
    Allah sidq urekle kesilen butun qurbanlari qebul elesin..AMIN.
    -=* Medalları *=-

  8. _Uğurböceyi_
    Allah butun kesilen qurbanlaqi :18: edilen dualari :578: qebul etsin Amin:530:
    -=* Medalları *=-

    -=* İmza *=-

    Bəzən Unutmaq Gərək Hər Şeyi
    Heç Olmamış Kimi......

  9. Kənan Heydərov
    Ve birde kesilen bıçaqa dua oxunur. Bizde her defe kesdirende bunu gormüşem.

    Lazımlı melumat idi. Teşekkür Müellife.
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀
  10. ♚ВолК♚
    Kəsən insan qusullu və dəstamazlı olmalıdır...ALLAH hərkəsin qurbanını qəbul etsin
    -=* Medalları *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.