Cəlilabadda Sərhədabad-Məşədivəlli yolunun təmiri ilə bağlı təkliflər hazırlanıb
Cəlilabad rayonunda Sərhədabad–Məşədivəlli kəndlərini birləşdirən avtomobil yolu yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Muğan bürosuna adıçəkilən kəndlərin sakinləri məlumat verib.
Onların sözlərinə görə, təxminən 4 kilometrlik yolun yararsız vəziyyətə düşməsi kənd sakinlərinin gündəlik həyatını çətinləşdirir. Sakinlər deyiblər ki, yol payız-qış aylarında palçığa, yayda toz-torpağa bürünür, əmələ gələn çalalar isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində problem yaradır. Bu durumdan daha çox əziyyət çəkənlər isə məktəblilərdir. Məşədivəlli kəndində yaşayan və Sərhədabadda yerləşən məktəbə piyada gedən şagirdlər qeyd olunan çətinlikləri hər gün yaşamaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Sərhədabad-Məşədivəlli kəndlərinə gedən avtomobil yolunun əsaslı təmiri işlərinin 2026-2029-cu illərin Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək layihələrin siyahısına daxil edilməsi barədə təkliflər aidiyyəti orqanlara təqdim olunub. Proqram əsasında ayrılacaq maliyyə vəsaitindən asılı olaraq sözügedən avtomobil yolunun təmiri məsələsinə baxılacaq.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













