Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, qurum bəyan edib ki, son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.

"Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.

ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.

ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.

Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda "1654" qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər