ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir
ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib.
"Far.Az" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bilmirəm, hazırda bunun üzərində işləyirik", - Tramp səfərin planlaşdırıldığından erkən baş tutması ehtimalını şərh edərkən bildirib.
ABŞ liderinin sözlərinə görə, məsələ Çin tərəfi ilə müzakirə olunur.
"Çinə səfər etməyi çox istərdim. Amma müharibə səbəbindən burada olmaq istəyirəm və düşünürəm ki, burada olmalıyam", - o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton artıq səfərin təxminən bir ay təxirə salınmasını istəyib.
"Ora getməyi səbirsizliklə gözləyirəm. Bizim çox yaxşı münasibətlərimiz var", - Tramp Çindən danışarkən vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













