Astarada qaynanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub
Far.Az xəbər saytı

Astarada qaynanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub


Astara rayonun Kolatan kəndində qaynanası Xalidə Manafovanı qətlə yetirməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Rufanə İmanova 10 il müddətə azadlıqdan məhrum edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Rufanə İmanova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında baş verib.

İttihama görə, Rufanə İmanova ilə qaynanası Xalidə Manafova arasında şəxsi münasibətlər zəmnində bir neçə dəfə mübahisə yaşanıb. Onlar arasında baş verən sonuncu mübahisə zamanı Rufanə İmanova Xalidə Manafovaya mətbəx bıçağı ilə 9 dəfə zərbə endirməkdə təqsirləndirilib.

Rufanə İmanova özünün məhkəmə təqsirli hesab edib. O, iki az yaşlı övladının olduğunu söyləyib. R.İmanova bildirib ki, qaynanası Xalidə Manafova ilə arasında dəfələrlə mübahisələr yaşanıb, bu mübahisələr zamanı qaynanası onu təhqir edib.

R. İmanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Astarada qayınanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər