Əli Həşimli Azərbaycan İdman Rəqsləri Federasiyasınn yeni prezidenti seçilib
Əli Həşimli Azərbaycan İdman Rəqsləri Federasiyasınn yeni prezidenti seçilib.
Bu barədə "Report"a Gənclər və İdman Naziliyindən məlumat verilib.
Bu, federasiyanın ümumi yığıncağında təsdiqlənib.
"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin ümumi yığıncağında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Sonra federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.
İctimai Birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.
Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.
Sonda federasiya prezidenti Əli Həşimli çıxış edərək göstərilən etimada görə təşəkkür edib.
Oxşar xəbərlər
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Fərid Qayıbov son 2 ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













