Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-də 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Oxşar xəbərlər
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək













