UEFA Avropa Liqası: 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib
UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib.
"Report"un məlumatına görə, 1/8 final mərhələsində 7 qarşılaşma baş tutub.
Almaniyada "Frayburq" Belçikanın "Genk" klubunu, Fransada "Lion" İspaniyanın "Selta" komandasını, Danimarkada isə "Midtyullann" İngiltərə təmsilçisi "Nottinqem Forest"i qəbul edib.
İtaliyada "Roma" və "Bolonya" komandaları üz-üzə gəlib. Digər matçlarda isə "Betis" "Panatinaikos"la, "Portu" "Ştutqart"la, "Aston Villa" isə "Lill"lə qarşılaşıb.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
19 mart
21:45. "Frayburq" (Almaniya) – "Genk" (Belçika) – 5:1
İlk oyun – 0:1
21:45. "Lion" (Fransa) – "Selta" (İspaniya) - 0:2
İlk oyun – 1:1
21:45. "Midtyullann" (Danimarka) – "Nottinqem Forest" (İngiltərə) – 1:2
İlk oyun – 1:0
00:00. "Betis" (İspaniya) – "Panatinaikos" (Yunanıstan) – 4:0
İlk oyun – 0:1
00:00. "Portu" (Portuqaliya) – "Ştutqart" (Almaniya) - 2:0
İlk oyun – 2:1
00:00. "Roma" (İtaliya) – "Bolonya" (İtaliya) – 4:3
İlk oyun – 1:1
00:00. "Aston Villa" (İngiltərə) – "Lill" (Fransa) – 2:0
İlk oyun – 1:0.
Xatırladaq ki, martın 18-də gün baş tutan matçda Portuqaliyanın "Braqa" klubu Macarıstan təmsilçisi "Ferentsvaroş"u iki oyunun nəticəsinə (0:2, 4:0) üstələyərək 1/4 finala yüksəlib.
Beləliklə, UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar məlum olub:
"Braqa" – "Betis"
"Frayburq" – "Selta"
"Portu" – "Nottinqem Forest"
"Bolonya" – "Aston Villa".
Qeyd edək ki, Bu ilki Avropa Liqasının finalı İstanbuldakı "Beşiktaş" stadionunda keçiriləcək. Yarışın həlledici oyunu 20 may 2026-cı ildə baş tutacaq. Avropa Liqasının hazırkı çempionu "Tottenhem"dir. İngiltərə komandası ötən il finalda "Mançester Yunayted"i məğlub edib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Avropa Liqasının 1/8 final mərhələsi bu gün başlayır
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir
Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşir
UEFA Avropa Liqası: 1/8 finalin ilk oyunları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













