"Qarabağ-2" - "Sabah-2" oyununda GƏRGİNLİK: Futbolçular oyunu tərk etdilər
Əvəzedicilər Liqasının 21-ci turunun "Qarabağ-2" - "Sabah-2" görüşündə insident yaşanıb.
Far.Az Sportinfo.az-a istinadla xəbər verir ki, matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.
Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb.
Hadisələr 8-ci dəqiqədə "Sabah"ın bərabərlik qolu zamanı alovlanıb.
Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.
Davamında bir neçə dəfə hakimlər briqadası "Qarabağ"ın əleyhinə qərarlar verib.
Hadisələrin kuliminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.
Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk ediblər.
Oyunda uzun fasilə yaranıb.
Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və yalnız bundan sonra oyun davam etdirilib.
Matça əlavə olunmuş dəqiqələrdə bu dəfə Allahverdi Rəhimov qırmızı vərəqə ilə cəzalanıb.
9 nəfərlə qalan "köhlən atlar" sonda 3:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













