İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarıldı
İstanbulda iki binanın çökməsi nəticəsində bir vətəndaş həlak olub.
Far.Az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı zamanı dağıntılar altından 11 nəfər çıxarılıb.
Onlardan biri həyatını itirib, daha 10 nəfər isə xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
*** 16:06
Türkiyənin İstanbul şəhərində qaz partlayışı nəticəsində uçqun baş verən binaların dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.
Far.Az xəbər verir ki, Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı ilkin məlumatlara görə, 9 nəfər uçqun altında qalıb:
"İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib".
*** 14:05
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.
Far.Az xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir. Onlardan üçü xilas olunub.
Hadisənin qaz partlayışı səbəbindən baş verdiyi iddia olunur.
*** 13:47
Türkiyənin İstanbul şəhərində bina çöküb.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Fatih rayonunda yaşanıb.
Dağıntılar altından bir nəfər xilas olunub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Oxşar xəbərlər
Goranboyda yaşayış binasında uçqun olub, 4 nəfər xəsarət alıb
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
İstanbulda iki binanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb
İstanbulda iki binanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













