Türkiyənin məşhur cütlüklərindən olan aktyor Kenan İmirzalıoğlu ilə Sinem Kobal yenidən valideyn olublar.
BAKU.WS xəbər verir ki, ötən gün onların ikinci qızı dünyaya gəlib. Cütlük övladına Leyla adını qoyub.
Qeyd edək ki, Sinemle Kenan 2016-cı ildə ailə həyatı qurublar. Onların ilk övladı Lalin 2020-ci ildə doğulub.
BAKU.WS