Buffon İtaliya millisində rəhbər vəzifəsindən istefa verdi
Canluici Buffon İtaliya millisindəki vəzifəsindən ayrılıb.
Far.Az xəbər verir ki, İtaliya yığmasının sabiq qapıçısı və komanda nümayəndə heyətinin rəhbəri Canluici Buffon bu postdan istefa verdiyini açıqlayıb.
O, qərarının Bosniya ilə oyundan sonra emosional şəkildə verildiyini bildirib.
Buffon qeyd edib ki, bu addım onun daxili hisslərindən qaynaqlanıb və komandanın nəticələrinə görə məsuliyyət hissi daşıyır. Onun sözlərinə görə, əsas məqsəd İtaliya milli futbol komandasını yenidən dünya çempionatına çıxarmaq idi, lakin bu hədəfə nail olunmayıb.
Tanınmış qolkiper əlavə edib ki, yeni rəhbərliyin öz komandasını formalaşdırması üçün yol açmaq düzgün qərardır. Buffon milli komandada işlədiyi müddətdə gənc futbolçuların inkişafına, müxtəlif yaş qrupları arasında əlaqələrin qurulmasına və gələcək üçün sistemli layihələrin hazırlanmasına çalışdığını vurğulayıb.
Sabiq qolkiper bu təcrübəni həm şərəf, həm də dərs kimi qiymətləndirdiyini qeyd edərək, komandaya və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina milli komandasına penaltilər seriyasında (1:1, 1:4) məğlub olub.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"













