Gəncədə təşkil olunacaq Avropa Kubokunun püşkatma mərasimi keçirilib
Far.Az xəbər saytı

Gəncədə təşkil olunacaq Avropa Kubokunun püşkatma mərasimi keçirilib


Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.

"Far.Az"un məlumatına görə, tədbirdə Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.

Mərasimin əvvəlində çıxış edən ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov turnirin təşkilinə göstərilən dəyərli dəstəyə və səmərəli əməkdaşlığa görə EJU, Azərbaycan Gənclər və İdman Nazirliyinə, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinə səmimi təşəkkürünü bildirib. O həmçinin bütün iştirakçılara uğurlar arzulayıb.

EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, turnirin yeniyetmə cüdoçuların idman karyerasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb və yarışın təşkilində göstərilən səylərə görə ACF-yə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə baş komissarı Frank Oko qeyd edib ki, Gəncə Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.

Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq. Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ cüdoçuları da iştirak edəcəklər.

Xatırladaq ki, Avropa Kuboku 4-5 apreldə baş tutacaq.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər