Ramazan ayı təqvimi 2020

ONLAYN: 15

Qonaq: 733 Cəmi: 751
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 135
Cəmi: 5421
amon
Xəbər 49
Cəmi: 833
JokeR
Xəbər 31
Cəmi: 62
Avara_Şair
Xəbər 27
Cəmi: 1539
Xaliq
Xəbər 22
Cəmi: 317
ODiNoKiY_VoLK
Xəbər 13
Cəmi: 332
GozeLoV
Xəbər 7
Cəmi: 7
Dear
Xəbər 7
Cəmi: 67
_AzƏrİ_QıZı_
Xəbər 4
Cəmi: 25
Sensiz darixiram
Xəbər 3
Cəmi: 90

Son Hədiyyə

Göndərilmiş hediyyə
_f_eride » _nermin_

Mesaj: ♡♥

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,5 Min
6) Sensiz darixiram » 393,8 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,2 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 144,9 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,8 Min
18) _Uğurböceyi_ » 79,8 Min
19) Ümidli gözəl » 78,2 Min
20) Xaliq » 78,1 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 215
Cəmi: 1752
Sensiz darixiram
Şərh: 169
Cəmi: 3973
Kənan Heydərov
Şərh: 55
Cəmi: 7772
amon
Şərh: 53
Cəmi: 798
Dear
Şərh: 49
Cəmi: 1165
Xaliq
Şərh: 34
Cəmi: 235
JokeR
Şərh: 32
Cəmi: 76
_AzƏrİ_QıZı_
Şərh: 23
Cəmi: 192
V_L
Şərh: 17
Cəmi: 52
GozeLoV
Şərh: 15
Cəmi: 34

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
GozeLoV
Bugün 1068
Cəmi: 1179
Kənan Heydərov
Bugün 752
Cəmi: 1179
JokeR
Bugün 884
Cəmi: 914
Sensiz darixiram
Bugün 588
Cəmi: 608
amon
Bugün 239
Cəmi: 321
Avara_Şair
Bugün 96
Cəmi: 263
Elnare
Bugün 259
Cəmi: 259
Ümidli gözəl
Bugün 146
Cəmi: 189
_O.R.X.A.N_
Bugün 135
Cəmi: 136
_AzƏrİ_QıZı_
Bugün 116
Cəmi: 117

Reklam

Bir dəfə klik edin
"əl-A’lə" surəsinin izahı
İslam Dini Yüklə
"əl-A’lə" surəsinin izahı


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Ən Uca Rəbbinin adına təriflər de! 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, 4. O Rəbbin ki, otlağı cücərdib, 5. sonra da qaralmış samana çevirdi. 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. 8. Səni ən asan olana müvəffəq edərik. 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. 12. O kimsə ki, Cəhənnəmə atılacaq, 13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir. 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; 17. Axirət isə daha xeyirli və daha sürəklidir. 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – 19. İbrahimin və Musanın səhifələrində.

əl-A’lə (Ən Uca) surəsinin izahı
Ən Uca Rəbbinin adına təriflər de!
Bu ayədə Uca Allah öz Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - bütün məxluqatın fövqündə olan Uca Rəbbini bütün eyib və nöqsanlardan uzaq tutaraq Onun adını zikr etm‎əyi, “Subhənəllah” (Allah pak və nöqsansızdır) deyərək tərifləməyi buyurur.
O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
O Rəbb ki, bütün məxluqların hər birini xüsusi biçimdə yoxdan yaratdı. Uca Allah başqa bir ayədə belə buyurur:
“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!” (əl-Həcc, 73).

O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
Uca Allah öz əzəli elmi ilə hər şeyin qədərini, yəni ölçüsünü müəyyən etmişdir. Uca Allah buyurur: «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq» (əl-Qəmər 49).
Həmçinin, Uca Allah yaratdığı hər bir məxluqa xeyir əldə etməyin yolunu göstərmişdir. Uca Allah Qurani-Kərimdə Musa peyğəmbərin Fironun Allah barəsindəki sualına belə cavab verdiyini xəbər verir:
“Firon dedi: "Rəbbiniz kimdir, ey Musa?" Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" (Ta ha, 49-50).

O Rəbbin ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi.
O Rəbb ki, bitkiləri cücərdərək yerdən çıxardır, sonra da keyfiyyətini dəyişdirib samana çevirir.
Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
Bu ayədə Uca Allah Öz elçisinə Qurani-Kərimi oxutduracağını və onu unutmayacağını vəd edir. Peyğəmbərə Quran nazil olunduqda onu yadda saxlamağa tələsərdi. Uca Allah buyurur:
“Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir” (əl-Qiyəmə, 16-19).
Bu ayələr Peyğəmbərə nazil olandan sonra o, vəhy oxunub qurtarana qədər susar, sonra oxuyardı.

Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
Yəni, Uca Allahın unutdurmaq istədiyindən başqa oxuduqların yadından çıxmayacaq. Çünki bu, Allahın əlindədir. Uca Allah insanın aşkara çıxartdıqlarını və gizli saxladıqlarını bilir.


Səni ən asan olana müvəffəq edərik.
Bu ayədə Peyğəmbərə bütün işlərinin asanlaşdırılması vəd edilir.
Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
Yəni, insanlara öyüd-nəsihətin fayda verdiyini görsən, onlara nəsihət et.

Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
Allahdan qorxan mömin bəndələrə öyüd-nəsihət fayda verər və onlar ibrət alarlar. Allaha iman gətirməyənlər isə öyüd-nəsihətdən üz döndərər və buna görə də ən bədbəxt kimsələrdən olarlar.

O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
Allaha iman gətirməyən kafirlər Cəhənnəm oduna atılacaq və orada verilən əzabdan nə canları qurtaracaq, nə də xoşbəxt həyat sürə biləcəklər.

Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
İlk növbədə küfrdən və Allaha şərik qoşmaqdan, eləcə də pis əxlaqdan, gizlində və aşkarda olan günahlardan təmizlənən uğur qazanmışdır.

O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Bu, Rəbbinə doğru can ataraq Onun adını xatırlayıb namaz qılan kimsədir.

Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
Dünya həyatı tez ötüb keçən fani bir həyatdır. İnsan təbiətcə tələsən yaradıldığına görə tez əldə olunanı xoşlayır və buna görə də dünya həyatını Axirət həyatından üstün tutur. Əslində isə dünya müddət və keyfiyyət baxımından aşağı səviyyəli olan həyatdır. İnsan dünyadakı vəziyyətini düşünsə, burada daimi sevincin, daimi rahatlığın olmadığını görər. Dünya elə öz adı kimi bizə yaxın və aşağı səviyyəli olan həyatdır. Dünya sözünün mənası da məhz budur.
Axirət isə daha xeyirli və daha sürəklidir.
Cənnət həyatı dünya həyatından daha gözəl və daha sürəklidir. Oranın sevinci daimi, nemətləri isə tükənməzdir.
Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – İbrahimin və Musanın səhifələrində.
Bu deyilənlər əvvəlki ümmətlərə göndərilmiş İbrahim və Musa peyğəmbərlərin səhifələrində bildirilmişdir. Uca Allah buyurur:
“Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!” (ən-Nəcm, 36-41).


"əl-A’lə" surəsinin izahı

Dostlarınızla paylaşın

Şərhlər: 5
  1. Sol Meleyim
    Allah razi olsun
    -=* Medalları *=-

    -=* İmza *=-




    sєутαиıи тєк güиαнı мєℓєgє σℓαи αşкıумış...

  2. ♥Мой Мир♥
    Allah razi olsun
    -=* Medalları *=-

  3. ♥Мой Мир♥
    Allah razı olsun
    -=* Medalları *=-

  4. ♔Princess♔
    Allah ellerinize quvvet versin
    -=* Medalları *=-

  5. ♔Kraliça♔
    Allah razı olsun
    -=* Medalları *=-

    -=* İmza *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.