Puxaç "Qarabağ"la oyundan danışdı: "Onlara qarşıdakı iki oyunda qalib gələ bilərik"
Far.Az xəbər saytı

Puxaç "Qarabağ"la oyundan danışdı: "Onlara qarşıdakı iki oyunda qalib gələ bilərik"


"Demək olar ki, bu oyun liqadakı son qarşılaşmamıza bənzədi. Hər iki komandanın kifayət qədər qol epizodları oldu. Elə anlar var idi ki, iki top fərqi ilə geri düşə bilərdik. Lakin qısa müddət ərzində biz də ard-arda üç-dörd real qol imkanı yaratdıq".

Far.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib.

27 yaşlı müdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"la qeydə alınan 2:2 hesablı heç-heçəni belə şərh edib:

"Bir-birimizə qarşı oynayanda, hazırda turnir cədvəlində də göründüyü kimi, liqanın ən güclü iki komandası üz-üzə gəlir. Bu cür qarşılaşmalar hər zaman gərgin və dinamik keçir. Hər iki tərəf bu oyunlardan zövq alır, çünki komandalar bir-birini daha yüksək səviyyəyə çatmağa məcbur edir. Şəxsən mən bu cür matçları çox sevirəm və istərdim ki, "Qarabağ"a qarşı daha tez-tez oynayaq. Qarşıda onlara qarşı hələ iki oyunumuz var və düşünürəm ki, bu görüşlərdə qələbə qazanmaq üçün yaxşı şanslarımız olacaq. Bununla belə, hazırda bütün diqqətimizi növbəti oyuna yönəltmişik. İlk olaraq "Araz-Naxçıvan"la qarşılaşacağıq. Ümid edirəm ki, komanda tam şəkildə məhz bu oyuna fokuslanacaq və başqa heç nə barədə düşünməyəcək".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər