Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi işləmiş mayor Rasim Həsənovun 4 il ərzində nə qədər rüşvət aldığı bilinib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Həsənov 7 epizod üzrə qanun pozuntusuna yol verib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi apardığı ilkin istintaqla ortaya çıxarıb ki, Rasim Həsənov rəis işlədiyi 2021-2025-ci illərdə 50 min manatdan bir az artıq rüşvət alıb. Bu vəsait, əsasən, hərbi qulluqçuların hərbi həkimdən keçərkən saxta rəy alması və nəticədə tərxis olunmaları müqabilində alınıb.
Cinayətdə iştirak edən şəxslər ilkin istintaq zamanı rüşvət verdiklərini etiraf ediblər.
Təqsirləndirilən mayora vəzifə saxtakarlığı, təkrar külli miqdarda rüşvətalma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
Hazırda prokurorluq işini yekunlaşdırıb, toplanmış materialları məhkəməyə göndərib. Tezliklə araşdırma başlayacaq.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













