BVF: Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq
Far.Az xəbər saytı

BVF: Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq


Yaxın Şərqdəki müharibə regionda və ondan kənarda insanların həyatını və dolanışığını alt-üst edir.

"Far.Az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankı Qrupunun (DBQ) və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərləri arasında aprelin 8-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.

Görüşdə Yaxın Şərqdəki müharibənin qlobal iqtisadiyyata və ərzaq təhlükəsizliyinə təsirləri müzakirə edilib.

"O, artıq müasir tarixdə qlobal enerji bazarlarında ən böyük sarsıntılardan birinə səbəb olub. Neft, qaz və gübrə qiymətlərinin kəskin artması, nəqliyyat sahəsindəki maneələrlə birlikdə qaçılmaz olaraq ərzaq qiymətlərinin yüksəlməsinə və ərzaq təminatsızlığına gətirib çıxaracaq", - bəyanatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, ən çox yük dünyanın ən həssas əhali qruplarının, xüsusən də aşağı gəlirli, idxaldan asılı iqtisadiyyatların üzərinə düşəcək:

"Yanacaq qiymətlərindəki sıçrayışlar və ərzaq qiymətlərinin potensial kəskin artımı fiskal imkanların məhdud və borc yükünün onsuz da yüksək olduğu yerlərdə xüsusilə narahatlıq doğurur və hökumətlərin həssas ev təsərrüfatlarını qorumaq imkanlarını azaldır".

Hər üç qurmunun sabitlik və iqtisadi artım üçün dəstək göstərəcəyi bildirilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər