Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub
Far.Az xəbər saytı

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub


Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, onlar barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Gülerdir.

Adları çəkilən 14 şübhəlidən 11-i saxlanılıb, 2 şübhəlinin qaçaq olduğu və tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.

Bir nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Xatırladaq ki, Türkiyədə iki gün əvvəl də eyni istintaq çərçivəsində 8 tanınmış şəxs barəsində saxlanılma qərarı verilmişdi.

Oxşar xəbərlər

Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Sinem Kobaldan diqqət çəkən paylaşım: "Çox yaxşısan, Bakı!"
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
10 il əvvəl boşanan Çağla Şıkel və Emre Altuğdan nümunəvi addım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər